Accessibility links

Azərbaycanda sosial şəbəkələri və bloger fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur


Bu təkliflə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib

Azərbaycanda sosial şəbəkələri və bloger fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

AzadlıqRadiosunun məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Modern.az saytının xəbərinə görə, deputat deyib ki, dünyada blogerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var. Onların fəaliyyətinin sərhədləri müəyyən edilməyib.

"Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var", Ə.Amaşov bildirib.

Bir sıra deputatlar da Ə.Amaşovu dəstəkləyiblər.

Deputatlardan Hikmət Babaoğlu bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var: "Artıq Türkiyədə də bununla bağlı qanunvericilik bazası hazırlanır. Əgər razılıq olarsa, Əflatun müəllimlə birgə belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərik".

Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da təşəbbüsə dəstək ifadə edib. "Kim nə istəyir, onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var", o qeyd edib.

Ancaq komitə təkliflə bağlı hələ ki, hər hansı qərar verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG