Freedom House hüquq müdafiə təşkilatıAzərbaycanda müstəqil internet saytlarının bloklanması barədə məhkəmə qərarı ilə bağlı bəyanatla çıxış edib.
“Media saytlarının qadağan olunması ilə Azərbaycan hökuməti prezident İlham Əliyevin Azərbaycanda internet azadlığının olmasına dair tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını isbat edib”, təşkilatın beynəlxalq proqramlar üzrə vise-prezidenti Robert Herman bildirib. .
Sənəddə deyilir ki, bu qərardan gələcəkdə ölkədəki başqa internet medialarının qadağan edilməsi və ifadə azadlığının daha da boğulması üçün presedent kimi istifadə oluna bilər.
Robert Herman hesab edir ki, Azərbaycanın Qərb tərəfdaşları ölkənin Avropa İnsan Haqları Konvensiyası da daxil, beynəlxalq öhdəliklərini pozmaq qərarına görə ondan hesabat tələb etməlidir.
Mayın 12-də Bakının Səbael rayon Məhkəməsi ölkənin təhlükəsizliyinə hədə yaratdıqları iddiası ilə AzadlıqRadisounun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, “Azərbaycan saatı” internet saytının və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu saytlara girişi bu il martın 27-dən bloklayıb. Nazirlik əsas kimi Baş Prokurorluğun məktubunu göstərir.