Accessibility links

Gürcüstan Ombudsmanı və DİN-i jurnalistlə bağlı bəyanat verib


Gürcüstanın Daxili İşlər Nazirliyi bu ölkədən müəmmalı şəkildə Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlının işi ilə bağlı bəyanat yayıb.

"Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlığın qarşısının alınması) maddəsi ilə təhqiqata başlayıb. Parallel olaraq Azərbaycan tərəfi ilə kommunikasiya aparılır. Faktiki vəziyyət bəlli olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək", bəyanatda deyilir.

Turan İnformasiya Agentliyinin xəbərinə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri də olayla bağlı açıqlama verib. O, Ə.Muxtarlının "yaşıl sərhəd zolağı" adlanan ərazidə saxlandığını bildirib.

"Orada pasport lazım deyil. DİN istintaqa başlayıb, Azərbaycan tərəfə müraciət edib. Yəqin ki, baş vermiş olay, onun harada saxlanması ilə bağlı rəsmi bəyanatlar olacaq. Azərbaycan tərəfi bildirir ki, Əfqan Muxtarlı buraxılış məntəqəsində yox, yaşıl sərhəd zolağını keçərkən saxlanılıb ki, orada da pasport lazım deyil", V.Qomelauri bildirib.

+++

Gürcüstan Ombudsmanı Uça Nanuaşvili Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb.

Ombudsmanın bəyanatında vurğulanır ki, Gürcüstanın hüquq-mühafizə qurumları təcili olaraq Ə.Muxtarlının yoxa çıxması olayına effektli cavab verməlidirlər.

Ombudsman bildirir ki, azərbaycanlı jurnalist Ə.Muxtarlı mayın 29-da axşam saatlarında Tbilisidə yoxa çıxıb. Ailəsinin bildirdiyinə görə, Ə.Muxtarlının jurnalistika fəaliyyəti Azərbaycan hökumətinin tənqidinə yönəlib. Buna görə, Ə.Muxtarlı davamlı olaraq təqib olunub.

"Birincisi, bu cinayətin qarşısının alınması üçün bütün vacib addımların atılması lazımdır. Daha sonra bütün əlaqəli şəxsləri ədalət önünə çıxarmaq lazımdır. Gürcüstan dövləti öz torpaqlarında yaşayan hər kəsin haqlarını qorumaq zorundadır. Qonşu ölkələrlə münasibətlər Gürcüstan hökumətinin insan haqlarına sayğısına heç cür təsir göstərməməlidir. Gürcüstanda yaşayan bütün insanlar özlərini təhlükəsiz, qanunların aliliyi mühitində hiss etməlidirlər".

Bəyanatın sonunda Gürcüstan dövlətinin Ə.Muxtarlının yoxa çıxmasına göz yummasına qınaq ifadə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG