Accessibility links

Fikrət Hüseynli: “Məni Ukraynada girov saxlayırlar”


Fikrət Hüseynli
Fikrət Hüseynli

Aprelin 2-də Kiyevin Piçerski rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ektradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul edib. Məhkəmə Hüseynlinin Ukraynanı tərk etməsinə icazə verib. Bu barədə hazırda Kiyevdə olan Fikrət Hüseynlinin özü Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, jurnalist Kiyev Vilayət Prokurorluğunun və Ukrayna Prokurorluğunun onun pasportunu qaytarmadını deyib.

“Məhkəmə qərar verdi ki, ekstradisiya yoxlaması dayandırılsın, sənədlərim qaytarılsın və ölkəni tərk edim. Buna baxmayaraq Kiyev Vilayət Prokurorluğu və Ukrayna Prokurorluğu mənim sənədlərimi qaytarmır. Bunlar tam qanunsuz olaraq məni Ukrayna ərazisində girov saxlayır. Bu tam qanunsuzdur”, jurnalist Amerikanın Səsinin müxbirinə bildirib.

Jurnalist pasportunun qaytarılması üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyini deyib.

“Niderlandın Ukraynadakı səfirliyi də Ukraynadan pasportumun qaytarılmasını tələb edir. Bu ölkədə bu qədər hüquqi müdafiəsi olan Avropai İttifaqının vətəndaşına qarşı belə qanunsuzluqlar edirlərsə, görün başqa insanlara qarşı nə edirlər?”, Hüseynli sual edib.

Fikrət Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Fikrət Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu Fikrət Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun səndələrin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG