Accessibility links

Medvedev Yaponiyanın etirazını sərt tonda cavablandırıb


Medvedev Yaponiyanın etirazını sərt tonda cavablandırıb
Medvedev Yaponiyanın etirazını sərt tonda cavablandırıb

Yaponiya baş naziri Rusiya prezidentinin mübahisəli Kuril adalarına səfərinə etirazını bildirib

Yapon və Çin liderləri dəniz və quru münaqişələrinə dair son mübahisələri aradan qaldırmaq üçün səy göstərirlər. Lakin iki Asiya iqtisadi qüdrətləri arasında ədavət səngidikcə, Yaponiyanın Rusiya ilə ərazi mübahisəsi yenidən qızışıb. Yaponiya baş naziri Naoto Kan Rusiya prezidenti Dmitri Medvedevlə bu gün Yokohamada Rusiya liderin mübahisəli Kuril adalarına səfərinə etirazını bildirib. Cənab Medvedev isə adalara istədiyi vaxt səfər edəcəyini deyib. Yaponiya və Rusiya mətbuatı yazır ki, iki liderin görüşü gərgin keçib. Bəzi xəbərlərə əsasən cənab Medvedev Yaponiyanın etirazını sərt tonda cavablandırıb.

XS
SM
MD
LG