Accessibility links

Oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

***

Bu gecə Bakıdan Şirvana qatarla aparılarkən iki məhbus Biləcəri stansiyasında (Bakının Binəqədi rayonu) qaçıb. Polis hazırda qaçan məhbusların tapılması üçün ibntensiv axtarış işləri aparır.

APA agentliyinin məlumatına görə, narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham olunan Etibar Məmmədovun və adam öldürməkdə ittiham olunan Əli Ağaminin qaçdığı məlum olub.

BununlaSave yanaşı, hüquq mühafizə orqanları hadisə ilə bağlı hələ rəsmi məluimat yaymayıb.

Xatırladaq ki, Azərbaycanda məhbusların qaçması hadisəsi son on ildə qeydə alınmayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG