Accessibility links

Müttəhim məhkəmə zalından qaçmağa cəhd edib


Yuta ştatında müttəhim məhkəmə zalından qaçmağa cəhd edərkən ciddi zədələndikdən sonra onun vəziyyəti yaxşılaşmağa başlayıb.

Təhlükəsizlik kamerası ilə qeydə alınmış video görüntüdə narkotiklə bağlı ittiham edilən qolları qandallı 35 yaşlı şəxsin məhkəmə zalından qaçaraq, ikinci mərtəbədən aşağı tullandığını görmək olur.

Məhkəmənin sözçüsü deyib ki, Kristofer Klay Rudd baş vermis hadisədə ayağını və çanaq sümüyünü sındırıb və kəllə sümüyünü zədələyib.

Rudd məhkəmənin narkotikdən müalicə edilmək barədə əmrinə əməl etmədiyinə görə ittiham edilirdi.

Polis Ruddun özünə xəsarət yetirmək istəyib-istəmədiyinin aydın olmadığını bildirib.

Məhkəmə zalından qaçmağa cəhd etdiyinə görə ona qarşı əlavə ittihamlar irəli sürülə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG