Accessibility links

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya məhkəməsi başlayıb [Video]


Rəsul Cəfərov
Rəsul Cəfərov

Vəkillərin vəsatətləri təmin edilməyib

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə prosesi zamanı müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi və həbsin ev dustaqlığı ilə əvəz edilməsi, şikayətə qismən məhkəmə istintaqı aparılması ilə baxılması haqqında vəsatətlər qaldırıb.

Vəkil həmçinin Rəsul Cəfərova proses zamanı müdafiəçilərinin yanında oturmağa icazə verilməsini istəyib.

İlk iki vəsatət təmin edilməyib. Üçüncü vəsaitə gəlincə, hakim deyib ki, ona apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması zamanı baxıla bilər.

İlkin iclasın yekunlarına görə, məhkəmə şikayəti baxılması üçün qəbul etməyi qərara alıb və növbəti iclası iyulun 31-nə təyin edib.

Zalda kifayət qədər boş yer olmasına baxmayaraq, prosesə yalnız hüquq müdafiəçisinin qohumları və iki jurnalist buraxılıb. Bir çox vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və səfirliklərin nümayəndələri zala buraxılmayıb.

Rəsul Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” hesab edir. Hökmün elan edilməsindən sonra Cəfərov bildirib ki, ittihamı saxta və siyasi sifariş hesab edir. Məhkəmə hüquq müdafiəçisinin hər-hansı təqsirini sübut etməyib. Bütün ittiham şahidləri hüquq müdafiəçisinin xeyrinə ifadə veriblər, proses özü faktiki olaraq onun tamamilə təqsirsiz olduğunu sübut edib. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa İttifaqı və s. çoxsaylı bəyanatlarında və çağırışlarında Azərbaycan hakimiyyətini Cəfərovu və uydurma ittihamlarla həbs edilmiş digər hüquq müdafiəçilərini azad etməyə çağırıblar.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG