Accessibility links

Jurnalistin apellyasiya şikayətinə baxılacaq


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Bakı Apellyasiya Məhkəməsi Jam.az (Jurnalist Araşdırmaları Mərkəzi) saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun vəkillərinin apellyasiya şikayətini icraata qəbul edib. Şikayətə baxış avqustun 28-də hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılacaq.

Vəkil Zibeydə Sadıqova Apellyasiya Məhkəməsindən 7 il azadlıqdan məhrum edilmiş Fikrət Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə verib. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG