Accessibility links

Məhkəmə Pakistan və Suriyada döyüşən şəxsə hökm oxuyub


Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etməkdə ittiham olunan Rövşən Qədirovun işi üzrə proses yekunlaşıb.

Məhkəmə onu Azərbaycanın Cinayət Məcəlləsinin 218-ci (cinayətkar birliyin təşkili) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddələri ilə təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qədirov ittihamları qəbul etməyib. Bu barədə vəkil Adəm Məmmədov bildirib.

İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.

İbrahimin təsiri altında Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Amma sonradan onun "digər mücahidlərlə fikir ayrılıqları yaranıb" və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında Qədirov "yenidən cihadda iştirak etməyə qərar verib", bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra Qədirov Türkiyəyə qayıdıb.

Bu il aprelin 17-də o, Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

Qədirov ittihamları qəbul etməyib, Pakistanda ümumiyyətlə olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.

Vəkilin sözlərinə görə, istintaq Qədirova qarşı heç bir dəlil təqdim etməyib, yalnız təzyiq altında onun özündən alınmış ifadələrə əsaslanıb.

Müdafiə tərəfin məlumatına görə, Qədirov ümumiyyətlə radikal dini cərəyanların təqlidçisi deyil, sufiliyə etiqad edir.

Vəkil hökmü "həddindən artıq ağır" adlandırıb və bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG