Accessibility links

Avropa Məhkəməsi jurnalistin şikayətini təmin edib


Müşfiq Hüseynov
Müşfiq Hüseynov

Yanvarın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi “Bizim Yol”qəzetinin müxbiri Müşfiq Hüseynovun hüquqlarının pozulması barədə şikayətini təmin edib.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 5.3 (Azadlıq və toxunulmazlıq hüququ) və 6.2 (Ədalətli məhkəmə araşdırması hüququ) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu tanıyıb və buna görə 4.000 avro kompensasiyanın ödənilməsi barədə qərar qəbul edib. Bu barədə Amerikanın Səsinə jurnalistin hüquqlarını Avropa Məhkəməsində müdafiə edən nümayəndə Samirə Ağayeva deyib.

M.Hüseynov 2007-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə təqsirli bilinərək həbs edilib. 2009-cu ilin dekabrında prezident sərəncamı ilə əfv edilib. Jurnalistin hüquqlarını yerli məhkəmələrdə mərhum vəkil İsaxan Aşurov müdafiə edib.

Məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət 2008-ci ildə göndərilib, 2016-cı ildə son kommunikasiya bitib.

XS
SM
MD
LG