Accessibility links

Gözəl Bayramlının apelyasiya şikayəti üzrə qərar olacaq


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

Martın 12-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxış olub.

Məhkəmə vəkil Elçin Sadıqov və Gözəl Bayramlı çıxış edib.

Elçin Sadıqov məhkəmədən çinayət işinə xitam, Gözəl Bayramlıya bəraət verilməsini xahiş edib.

Gözəl Bayramlı isə ittihamları rədd edib.

“Mənə qarşı ittihamlar birbaşa siyasi sifarişdir. Mənim oturduğum dəmir qəfəsdə dövlət büdcəsindən milyardlar oğurlayanlar oturmalıdır. Niyə bu dəmir qəfəsdə keçmiş milli təhlükəsizlik naziri, vergilər naziri, milyardları oğurlayanlar oturmur, mən otururam?” AXCP sədrinin müavini məhkəmə heyətindən sual edib.

Sədrlik edən hakim Bayramlının çıxışını dəfələrlə dayandırıb.

Gözəl Bayramlının çıxışı başa çatdıqdan sonra hakimlər məşvərətə gedib.

Məhkəmə aprelin 2-si saat 11-dək təxirə salınıb. Aprelin 11-də məhkəmə qərarının elan ediləcəyi gözlənilir.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG