Accessibility links

AXCP sədrinin müşaviri barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib


Məmməd İbrahim (Foto Sancaq Facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq Facebook səhifəsindən götürülüb)

“Məmməd İbrahimin barəsində Yasamal rayon Məhkəməsinin sentyabrın 28-də iki aylıq həbs həbs qətimkan tədbiri seçməsi qərarından oktyabrın 1-də apellyasiya şikayəti vermişəm”. Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Məmməd İbrahim həbs müddətinin bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına (karser) salınıb. Penitensiar Xidmət onun yatağından kəsici-deşici alətin tapıldığını bildirib.

Sentyabrın 29-da həbs müddəti başa çatan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) yeni cinayət işi başlanıb. Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi AXCP sədrinin müşaviri barəsə ik aylıq həbs qətimkan tədbiri seçib.

“Məmməd İbrahim sentyabrın 28-də Yasamal rayon Məhkəməsində yatağından tapıldığı iddia olunan kəsici-deşici alət ona məxsus olmadığını və ittihamı qəbul etmədiyini bildirib”, vəkil Cavadov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG