Accessibility links

Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib


Mehriban Əliyeva
Mehriban Əliyeva

Azərbaycan Milli Məclisinin deputatı, birinci ledi Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Amnistiya aktı təşəbbüsü 28 May Respublika Günü ilə bağlıdır.

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, layihədə amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

Milli Məclis amnistiya aktı layihəsinə mayın 20-də keçiriləcək plenar iclasında baxacaq.

Xatırladaq ki, Mehriban Əliyeva son illər üç dəfə amnistiya təşəbbüsü ilə çıxış edib.

XS
SM
MD
LG