Meksika Mərkəzi Amerikadan miqrant axını probleminin həllinə yardım edəcək. Bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador bu gün müxbirlərlə görüşü zamanı bildirib. O deyib ki, "mən sevgi və sülhün tərəfdarıyam". Obrador Amerika ilə qarşıdurma yaranmasının əleyhinə olduğunu əlavə edib.
Meksikanın dövlət başçısı Trampı Mərkəzi Amerikanın iqtisadi inkişafları ilə miqrant problemini həll edəcəyində əmin etməyə çalışdığını deyib. Obrador bildirib ki, insanlara imkanlar yaradılmaqla miqran axınına son qoymaq olar.
ABŞ prezidenti ölkənin cənub sərhədlərinin bağlacağına dair xəbərdarlığını təkrar edib.
Donald Tramp deyib ki, Meksika və üç Mərkəzi Amerika ölkəsi sənədsiz mühacirlərin Amerikaya daxil olmaması üçün lazımi səylər göstərmir.
ABŞ prezidenti daha əvvəl də Konqresin divarın inşasına maliyyə vasitəsi ayrırmadığı təqdirdə bir daha Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyərək, Honduras, Qvatemala və Salvadora yardımları kəsəcəyini demişdi.
Dövlət Departamenti şənbə günü Tramp administrasiyasının Qvatemala, Honduras, El Salvadora yardımı kəsmək istədiyini təsdiq edib.
Bu üç ölkə 2018-ci il büdcə ili üçün 500 milyon dollar və 2017-ci ildən geri qalan bir neçə milyon yardım almalı idi.