Accessibility links

Misir qüvvələri səhvən meksikalı tursitləri öldürüblər


İki Meksika vətəndaşı daxil olmaqla 12 nəfər ölüb

Misir rəsmiləri deyir ki, bazar günü təhlükəsizlik qüvvələri bir qrup turisti şübhəli bilinən terrorçularla səhv salaraq onlara atəş açdığı zaman qrup “qadağan olunmuş” ərazidə olub. Hadisə nəticəsində iki Meksika vətəndaşı daxil olmaqla 12 nəfər ölüb.

Bazar ertəsi Misirin Xarici İşlər Nazirliyi bildirib ki, ordu və polis qüvvələri atəş açdıqları zaman “terrorçuların istifadə etdikləri maşınları hədəf almağa çalışıb və turistlər oxşar maşında olublar”.

Hadisə nəticəsində sağ qalanlar Meksikanın Misirdəki səfirinə maşın karvanlarına təyyarə və helikopterdən atəş açıldığını bildiriblər. Hadisə Misirin qərbində yerləşən Farfara səhrasında baş verib.

Meksika prezidenti Enrike Pena Nieto bir neçə misirlinin də ölümü ilə nəticələnən bu hadisənin araşdırılmasını tələb edib.

“Meksika vətəndaşlarına qarşı bu hərəkəti pisləyirik və Misir hökümətindən baş verənlərin hərtərəfli araşdırılmasını tələb etmişik,” deyə o, Twitter hesabında yazıb.

Misirin Turizm Nazirliyinin mətbuat katibi Rəşa Əzazi isə deyib ki, turistləri gəzdirən şirkətin lazımi icazəsi olmayıb və onlar rəsmiləri turistlərin o ərazidə olacaqları barədə xəbərdar etməyib.

Atışma zamanı digər on nəfər yaralanıb. Bunların sırasına altı meksikalı daxildir ki, onlar Qahirə yaxınlığında xəstəxanaya yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG