Accessibility links

Meksikada vulkan püskürməsi əhalinin evakuasiyasına səbəb olub


Meksika rəsmiləri Fire vulkanına yaxın ərazilərdə yaşayan sakinlərin evakuasiyasına başlayıb. Rəsmilər istənilən an vulkan püskürməsinin baş verə biləcəyindən narahatdır.

Hazırda vulkandan 5 km uzaqlıqdakı kiçik kəndlərin sakinləri evakuasiya edilir.

16-cı əsrdən indiyədək Fire vulkanı 40 dəfədən çox püskürüb.

Vulkanda son dəfə aktivlik bu ilin əvvəli müşahidə edilsə də, əhalinin evakuasiya edilməsinə ehtiyac olmayıb.

Bu dəfə isə yaxın kəndlər vulkan külünə bürünüb, vulkandan dağın ətəyindən lava axını başlayıb. İki il əvvəl buna oxşar aktivlik vulkanın püskürməsi ilə nəticələnmişdi.

Kəndlilər havada kül qatının yaranaması nəticəsində gözləri və tənəfüs orqanlarında problemlərin yarandığını bildiriblər. Vulkan püskürməsinin yerli əhalinin gündəlik həyatını çətinləşdirdiyi bildirilir.

XS
SM
MD
LG