Accessibility links

Meksika marketində partlayış


Mexiko şəhəri yaxınlığındakı atəşfəşanlıq bazarında güclü partlayış 31 adamın ölümünə, 71-nin yaralanmasına səbəb olub.

Tulpetek şəhərinin San Pablito marketi paytaxtdan 30 km-lik məsafədə yerləşir. Adətən bu bazarda Milad və Yeni İl bayramları üçün atəşfəşanlıq qurğuları satılır.

Təcili yardım işçiləri əraziyə daxil olub insanlara yardım etmək üçün saatlarla yanğının sönməsini gözləyib.

Marketin kiosklarının əksəriyyəti sıradan çıxıb.

Meksika prezidenti Enrike Pena Nieto hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

Bu marketdə 2005-2006-cı illərdə də yanğın baş vermişdi.

XS
SM
MD
LG