Accessibility links

Meksikada qasırğa 100 insanın ölümünə səbəb olub


Meksika rəsmilərinin verdiyi məlumata görə, ölkəni iki okeanda cənginə alan iki güclü qasırğa nəticəsində ölənlərin sayı 100-ü keçib.

Daxili İşlər Naziri Migel Angel Osorio deyib ki, Sakit Okean sahilində körfəzdə yerləşın La Pintada kəndində baş vermiş torpaq sürüşməsi 68 nəfərin itkin düşməsinə səbəb olub.

Xilasetmə işçiləri tonlarla palçıq və çirkab içərisində axtarışlarını davam etdirir.

Meksika bu həftə Meksika körfəzi sahillərindən İnqrid qasırğasının, Sakit Okean sahillərindən isə Manuel tropik qasırğasının təsirinə məruz qalıb. Qasırğa ölkədə torpaq sürüşmələrinə, daşqınlara səbəb olub. Nəticədə minlərlə ev dağılıb və ya onlara ciddi ziyan dəyib.

Meksika ordusu və hava yolları şirkətləri ərazidə olan 40 min turistdən yalnız 5 mininin evakuasiya edilməsinə müvəffəq olub.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG