Accessibility links

Melaniya Tramp Afrikanın 4 ölkəsinə səfər edəcək


ABŞ-ın birinci xanımı Melaniya Tramp, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən qəbulda, 26 sentyabr, 2018.

ABŞ-ın birinci xanımı Melaniya Tramp gələn ay Afrikanın 4 ölkəsinə səfər edəcək. Bu, Melaniya Trampın xarici ölkələrə ilk solo səfəri olacaq.

Ağ Evin açıqladığı bəyanatda ABŞ-ın birinci xanımının oktyabr ayının ilk həftəsində Qana, Malavi, Keniya və Misirə səfər edəcəyi bildirilir.

“Oktyabrın 1-i mənim Afrikanın dörd gözəl və çox fərqli ölkəsinə ilk solo səfərimin birinci günü olacaq”, Melaniya Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən qəbulda bildirib.

Oktyabrın 1-i mənim Afrikanın dörd gözəl və çox fərqli ölkəsinə ilk solo səfərimin birinci günü olacaq.

ABŞ-ın birinci xanımı səfəri zamanı uşaqların müdafiəsi məqsədilə başladığı “Be Best” proqramının mesajını təşviq edə bilməsini səbirsizliklə gözlədiyini deyib.

Ağ Ev bildirib ki, səfər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə koordinasiya edilməsində yardım göstərir.

Melaniya Trampın xəstəxanalarda ana və körpələrə qulluq göstərilməsi, uşaqların təhsili və Birləşmiş Ştatların bu dörd ölkənin iqtisadi baxımdan özünü təmin etməsində rolu məsələlərinə diqqət yönəldəcəyi gözlənilir.

XS
SM
MD
LG