Accessibility links

Angela Merkel Türkiyəyə səfər edib


Almaniya kansleri Angea Merkel Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşərək Suriyada gələn miqrant axını ilə bağlı Avropa Birliyinin Türkiyəyə milyardlarla dollarlıq yardım planını müzakirə etməyi planlaşdırır.

Xanım Merkel İstanbula bu gün gedib. Rəsmilər bildirib ki, Türkiyəyə təklif ediləcək təşəbbüsə ölkədəki 2 milyon qaçqına ev sahibliyi etmək üçün 3.4 milyard dollarlıq yardım paketi, eləcə də Türkiyə vətəndaşları üçün Avropa Birliyi vizasının asanlaşdırılması və AB üzvlüyünə dair danışıqlara yenidən təkan verilməsi daxildir.

Avropa Birliyinin tənqidi

Buna baxmayaraq Ərdoğan əvvəllər Avropanın böhranla bağlı siyasətini sərt tənqdi edərək Brüsseli Ankaranın Avropa Birliyinə üzvlük səylərini daha ciddi qəbul etməyə çağırmışdı.

"Onlar bəyan edirlər ki, 30000-40000 qaçqını qəbul edəcəyik və buna görə Nobel Sülh mükafatına Merkelin namizədliyini irəli sürürlər. Biz 2.5 milyon qaçqını qəbul etmişik. Ancaq heç kəsin vecinə deyil”.

Miqrant böhranından başqa Türkiyə və Almaniya liderləri terrorizmə qarşı mübarizə və Suriyadakı vəziyyətlə bağlı müzakirə aparacaq.

XS
SM
MD
LG