Accessibility links

Xaçmazda Amerika Mərkəzi açılıb


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz Mərkəzi Kitabxanasında yerləşən Amerika güşəsini açıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfir çıxışında güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edib.

Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib.

Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olunub.

Səfir Sekuta və həyat yoldaşı yerli şagirdlərlə görüşüb, onların gələcək planları və güşənin proqramları barədə söhbət edib.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG