Accessibility links

Messi Barselonadan ayrılmağa hazır olmadığını etiraf edib


Lionel Messi
Lionel Messi

Hisslərini idarə etməyə çalışan Lionel Messi Barselona ilə vida mərasimində klubdan ayrılmağa hazır olmadığını söyləyib.

Messi Camp Nou Stadionunda vida mərasimində danışmağa başlamazdan əvvəl ağlayıb.

"Uzun illər sonra, ömrüm boyu burada olduqdan sonra bu mənim üçün çox çətindir", futbolçu bildirib, "Mən hazır deyildim." Messi gözlənilmədən klubdan getməsini karyerasının ən çətin anı adlandırıb.

Messinin ailəsi və bəzi komanda yoldaşları Camp Nou -da futbolçunun vida mərasimində iştirak edib.

Messi Kataloniya klubundan ayrılacağı barədə açıqlama verildikdən sonra bir neçə klubdan təklif aldığını söyləyərək, gələcəyi ilə bağlı konkret danışmaqdan yayınıb.

Cümə axşamı Barcelona klubu İspaniya liqasının maliyyə (fair-play) qaydalarına uyğun olaraq yeni bir müqavilə bağlaya bilmədiyi üçün ən böyük oyunçusunu saxlaya bilməyəcəyini açıqlayıb. Klubun böyük borcu səbəbindən maaş məhdudiyyəti əhəmiyyətli dərəcədə azaldılıb.

Prezident Xoan Laporta klubun üzləşdiyi çətinliklərə koronavirus pandemiyasını və eləcə də klubun əvvəlki rəhbəri Cosep Bartomeunu səbəb gətirib.

Messi 2019-20 mövsümünün sonunda ayrılmaq istəyib, lakin onun xahişi Bartomeu tərəfindən rədd edilib. Argentinalı ulduz qalmağa razılıq verib və Barselona ilə yeni müqavilə ilə bağlı razılığa gəlib, lakin maliyyə vəziyyəti ağır olduğu üçün klub bu işdə müvəffəq olmayıb.

Messinin Argentinadan gənclik komandalarında oynamaq üçün gəlib Kataloniya klubunda oynamağa başlamasından təxminən 20 il keçir. O, 2004-cü ildə 17 yaşında ikən komandada debüt edib, sonra 17 mövsüm əsas heyətlə oynayıb. Kluba 4 dəfə Çempionlar Liqası, 10 dəfə İspaniya liqası, 7 dəfə İspaniya Kuboku və 8 dəfə İspaniya Super Kubokunu qazanmağa kömək edib.

Messi Barselonadan 672 qolla ən çox qol vuran oyunçusu olaraq ayrılır. O, klubla 778 matçda oynayıb və bu da bir rekorddur. O həmçinin 520 oyunda vurduğu 474 qolla İspaniya çempionatının ən yaxşı bombardiridir.

Messi səkkiz mövsümdə İspaniya liqasına rəhbərlik edib və altı dəfə Çempionlar Liqasının bombardiri olub. Real Madrid komandasına vurduğu 26 qolla o, Barselonanın ən güclü rəqibi ilə "klasiko" matçlarında rekorda imza atıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG