Accessibility links

Meksikada partlayış zamanı ölənlər dəfn edilib


Meksikada qaz kəmərində baş verən partlayış zamanı ölənlər bazar günü dəfn ediliblər.

Azı 89 nəfərin ölümü, 51 nəfərin isə yaralanmasına səbəb olan partlayış cümə günü oğruların Hidalqo ştatındakı Tula-Tukspan qaz kəmərini deşərkən baş verib.

Video görüntülərdə partlayışdan öncə deşilən borudan yanacaq doldurmaq üçün əllərində vedrələr, zibil qutuları və digər qablar olan yüzlərlə insanın toplaşdığı göstərilib.

Bu kimi cinayətlərə mübarizə kampaniayasına başlayan Meksika prezidenti Andres Manuel Lopez Obrador hökuməti partlayış zamanı zərər çəkən insanlara yadıma çağırıb.

Cinayətkarların hədəf aldıqları neft borularının bağlanması bu ay Hidalqo ştatı da daxil edilməklə, Meksikanın mərkəzi bölgələrində yanacaq çatışmazlığına və eləcə də ölkə boyu etirazlara səbəb olub

Hökumətin bildirdiyinə görə, borulardan oğurlanan neft hər il ölkəyə 3 milyard dollara başa gəlir.

XS
SM
MD
LG