Accessibility links

Məhəmməd Əli və ABŞ müsəlmanlarının liderləri İrandan amerikalılara azadlıq istəyir

Məhəmməd Əli və ABŞ müsəlmanlarının liderləri İrandan amerikalılara azadlıq istəyir
Məhəmməd Əli və ABŞ müsəlmanlarının liderləri İrandan amerikalılara azadlıq istəyir

Dünya şöhrətli boksçu Məhəmməd Əli Kley və ABŞ müsəlmanlarının bir sıra liderləri mayın 24-də jurnalistlərlə görüşündə iki ilə yaxındır İranda həbsdə saxlanan amerikalıların - Coş Fattal və Şeyn Bauerin azadlığa buraxılmasını tələb ediblər.

2009-cu il iyulun 31-də ABŞ vətəndaşları Coş Fattal, Şeyn Bauer və Sara Şord İraq Kürdüstanından İrana keçərkən saxlanıblar. İran onları casusluqda günahlandırır, ABŞ isə bu ittihamları rədd edir, tutulanların alpinist olduğunu bildirir. Sara Şord 2010-cu il sentyabrın 14-də azadlığa buraxılıb.

Məhəmməd Əli bundan əvvəl amerikalıların azadlığa çıxması xahişi ilə iki dəfə İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazsa da, ondan cavab almayıb.

“Media forum” saytının məlumatına görə, mayın 24-də ABŞ-ın Milli Mətbuat Klubunda toplaşan Məhəmməd Əli və digər müsəlman liderlər jurnalistlərə deyiblər ki, onlar bundan əvvəl məsələ ilə bağlı Xamneyiyə yazdıqları məktubların cavabını gözləyirlər.

Toplantıya qatılan Məhəmməd Əli ağır xəstə olduğuna görə mərasimdə çıxış edə bilməsə də, həyat yoldaşı onun adından bildirib ki, tutulan amerikalılar casus yox, alpinistdir və onlar azadlığa buraxılmalıdır.

Mərasimdə çıxış edən Coş Fattalın anası Lora Fattal hər iki alpinistin günahsız olduğunu, onların yalnız amerikalı olduqlarına görə həbsdə saxlandığını vurğulayıb.

Toplantı iştirakçıları artıq 17 gündür İranda zindanda aclıq aksiyası keçirən amerikalıların səhhətindən ciddi narahat olduqlarını bildiriblər.

XS
SM
MD
LG