Accessibility links

Miçiqan ştatında minlərlə insan daşqın səbəbilə evakuasiya edilib


Sürətlə artan suyun bəndləri aşması mərkəzi Miçiqan ştatında təxminən 10 min insanın evakuasiyasına səbəb olub. Ştatın qubernatoru çərşənbə günü bölgənin təxminən 2 metrdən çox suyun altında qalacağını bildirib.

Midland mahalındakı göllərlə bağlı olan Tittabavassi çayı sahilində yaşayan ailələrə 24 saatdan az müddətdə ikinci dəfə evlərini tərk etmələri barədə göstəriş verilib.

Çərşənbə axşamı gecə saatlarında Milli Hava Xidməti Detroytdan təqribən 225 kilometr şimaldadakı bəndin dağılmasından sonra çayın yaxınlığında yaşayan hər kəsin daha yüksək yerlərə getmələrini tövsiyə edib.

Michiqan ştatının qubernatoru Qretçen Sanford bəndindən 12 km. aşağıda yerləşən, 42 min əhalisi olan Midland şəhərinin xüsusilə ciddi bir daşqın təhlükəsi ilə üzləşə bildiyini bildirib. Dow Chemical Co zavodu da şəhərin çay sahilində yerləşir.

"Növbəti 12-15 saat ərzində Midlandın mərkəzi təxminən 2 metrdən artıq suyun altında qala bilər" - deyə, qubernator bildirib.

XS
SM
MD
LG