Accessibility links

Milli Məclis 2016-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib


Azərbaycan Milli Məclisi fevralın 23-də keçirdiyi plenar iclasında 2016-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib.

Report agentliyinin məlumatına görə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822,0 mln. manat həcmində təsdiqlənib. Büdcə gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində 1 615,0 mln. manat və ya 26,9% artırılıb, ABŞ dolları ifadəsində isə 1 000,0 mln. dollar azaldılıb.

Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektoru, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir, sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır.

2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 25 dollar/barel götürülüb.

Cari ilin dövlət büdcəsində məxaric 18 495,0 mln. manat təşkil edəcək.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Büdcə xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Büdcə kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Müdafiə xərcləri 2 228,835 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 775,097 mln. manat nəzərdə tutulub.

Nəticədə, icmal büdcənin gəlirləri 15 738,6 mln. manat, xərclər isə 24 566,6 mln. manat həcmində təsdiq edilib.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG