Accessibility links

Milli Təhlükəsizlik agentliyi qarşısında atışmada bir zabit yaralanıb


Vaşinqton yaxınlığında ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin qarşısında baş vermiş atışma zamanı hüquq-mühafizə orqanlarının bir zabiti yaralanıb.

Mediada verilən məlumata əsasən, azı bir nəfər şübhəli saxlanıb. Şahidlər onun Merilend ştatındakı agentliyin Fort Meddə girişi qarşısında əlləri qandallı polis zabitlərinin əhatəsində oturduğunu gördüklərini bildiriblər.

Mümkün terror hücumlarının qarşısının alınması üçün ABŞ-ın qlobal elektron dinləmələrinə görə məsuliyyət daşıyan Milli Təhlükəsizlik agentliyi vəziyyətin nəzarət altında olduğunu və hazırda təhlükəsizliklə bağlı heç bir hədənin mövcud olmadığını bildirib.

Agentliyin yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

ABŞ prezidenti Donald Tramp insidentlə bağlı məlumatlandırılıb.

“Fikirlərimiz və dualarımız hadisənin təsirinə məruz qalan hər bir kəslədir”, Ağ Evin açıqladığı bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG