Accessibility links

Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib


ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla ayrı-ayrı və birgə görüşlər keçiriblər.

Bu barədə Minsk Qrupunun həmsədrləri, Fransadan Stefan Viskonto, Birləşmiş Ştatlardan Endrü Şofer və Rusiya Federasiyasından İqor Xovayev birgə bəyanatlarında məlumat veriblər.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzik də iştirak edib.

Bəyanatda bildirilir ki, həmsədrlər və xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında bir sıra həll olunmamış məsələri müzakirə ediblər. Həmsədrlər vəziyyəti deeskalasiya etmək üçün spesifik təbdirlər və mümkün növbəti addımları təklif ediblər.

“Həmsədrlər ” ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandası tərəfindən həyata keçirilən bütün zəruri fəaliyyət və əməliyyatlara davamlı güclü dəstəklərini vurğulayıb” - deyə, bəyanatda bildirilib.

Sentyabrın 24-də həmsdərlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi BMT Baş katibinin Siyasət və Sülh Quruculuğu İşləri üzrə müavini Rosmari DiKarlo və ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşərək, onları son bir ildə aparılan səylər, o cümlədən prosesdəki ən son irəliləyişlər barədə məlumatlandırıblar.

“Həmsədrlər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri bu ilk görüşünü hər iki ölkənin regionda təhlükəsizliyə, sabitliyə və firavanlığa töhfə verməyə yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək əzminin əlaməti olaraq alqışlayırlar,” bəyanatda qeyd olunub.

Minsk Qrupunun həmsədrlərinin bəyanatında bildirilib ki, “Həmsədrlər mandatlarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin əlaqəli olan və ya onun yaratdığı qalan bütün problemlərin hərtərəfləri həll yollarını tapmaq üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını bir daha təsdiqləyir."

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib. ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaya əsasən, döyüşlər dayandırılıb, təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya işini sentyabrın 27-də başa çatdırmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG