Accessibility links

Misir arxeoloqları qədim Sfinks abidəsi aşkar edib


Misirin Asvan şəhərindəki Kom Ombo məbədində aşkar edilmiş Sfinks abidəsi,16 sentyabr, 2018.

Misirin Qədim Abidələr Nazirliyinin bazar günü verdiyi məlumata görə, Misir arxeoloqları Asvan şəhərinin cənubunda yerləşən məbəddəki suyu qurudarkən qumdaşından düzəlmiş Sfinks abidəsi aşkar ediblər.

İnsan başlı və şir bədənli mifik varlıq olan Sfinks Kom Ombo məbədində tapılıb.

Arxeoloqlar abidənin Ptolemeylər sülaləsinin hakimiyyəti dövrünə aid olduğuna inanır.

Qədim Abidələr Nazirliyinin verdiyi məlumata görə, həmin məbəddə bu yaxınlarda kral V Ptolemeyin qumdaşından iki döymə relyefi aşkar olunub.

Ptolomeylərin hakimiyyəti dövrü eramızdan əvvəl 30-cu ildə romalıların fəthinədək üç əsr davam edib.

XS
SM
MD
LG