Accessibility links

Apellyasiya məhkəməsi Hüsnü Mübarəkin korrupsiya işinə yenidən baxacaq


Misirin apellyasiya məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarək və onun iki oğlunun korrupsiya ilə bağlı cinayət işinə yenidən baxılacağını bildirib.

Qahirə məhkəməsi qərarı bu gün verib. Bu, cənab Mübarəkə qarşı qüvvədə qalan yeganə iddiadır. Məhkəmə onun zaminə buraxılacağı haqda heç nə deməyib.

Aşağı instansiya məhkəməsi may ayında üç nəfəri prezident sarayının təmirinə ayrılmış 17 miliyon dolları mənimsəməkdə ittiham edir.

86 yaşlı Mübarək üç ildir hərbi xəstəxanada saxlanılır. Onun oğlu Alaa və Camal isə dörd il həbs cəzasına məhkum edilib.

Sabiq prezident həmçinin 30 illik hakimiyyətinə son qoymuş etiraz aksiyaları zamanı nümayişçilərə qarşı hərbi gücdən istifadə edilməsinə görə məsuliyyət daşıyır.

O, 2012-ci ildə bu cinayət işinə görə ömürlük həbs cəzası almışdı. Ancaq həmin ilin noyabr ayında bu ittihamlar məhkəmə tərəfindən ləğv edilmişdi. İttihamçılar bu qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da Müstəqillik Günü paradında ölümcül silahlı hücum edilib
please wait

No media source currently available

0:00 0:08:39 0:00
XS
SM
MD
LG