Accessibility links

Misir seçiciləri referendumda Sissinin 2030-cu ilə qədər hakimiyyətdə qalmasına səs verib


Misir seçicilərin təqribən 90 faizi prezident Əbdel Fəttah Əl-Sissinin 2030-cu ilədək vəzifədə qala bilməsinə imkan verəcək konstitusiya dəyişikliklərinə səs verib.

Misirin Milli Seçki Komissiyasının sədri hakim Laşin İbrahim Soliman Laşin çərşənbə axşamı ölkədə üç gün davam edən referendumun nəticələrini açıqlayıb.

"Kostitusiya düzəlişinə 23 milyon 416 min 741 nəfər, yəni seçicilərin 88,83 faizi səs verib. Dəyişikliyi qəbul etməyənlərin sayı 2 milyon 945 min 680 nəfərdir, bu da seçicilərin 11,17 faizidir," Misir Milli Seçki Komissiyasının sədri hakim Laşin İbrahim Soliman Laşin deyib.

Nəticələr açıqlandıqdan az sonra Sissi Twitter vasitəsilə "Misirin qarşılaşdığı çətinliklər barədə məlumatlılığı ilə dünyanı heyran edən" seçicilərinə təşəkkür ünvanlayıb.

Tərəfdarların fikrincə, referendum Misirin daha təhlükəsiz olmasına və ölkənin iqtisadi böhrandan çıxmasına kömək edəcək.

Müxalifət fəalları isə Sissi hökümətini insanlara ona səs vermək üçün təzyiq göstərdiyini bildirib. Onlar həmçinin höküməti seçicilərə qida vermək və onları seçki məntəqələrinə avtomobillə aparmaq təklifi verərək, onlara təsir göstərməyə çalışmaqda günahlandırırlar.

Müxaliflər bildirir ki, referendum korrupsiya və məcburiyyət kimi pozuntularla müşayiət olub və 2011-ci ildə ölkəni 30 il idarə edən diktator Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinə səbəb olan xalq üsyanı zamanı yaranan demokratiya arzularının sönməsinə gətirib çıxaracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG