Accessibility links

Misirin yeni nazirlər kabineti işinə başlayır


Misirin feld-marşalı Məhəmməd Hüseyn Tantavi Hüsnü Mübarək hakimiyyətindən sonra təşkil edilən hökumətdə müdafiə naziri vəzifəsində qalıb. Bu təyinatı baş nazir Hişam Qəndil 35 nəfərdən ibarət nazirlər kabinetinin təşkili zamanı bəyan edib.

Müsəlman qardaşları partiyasının əksəriyyət təşkil etdiyi yeni hökumətdə vəzifələrini saxlayanlar arasında xarici işlər naziri Məhəmməd Kamel Əmr və maliyyə naziri Mümtaz Əl-Səid yer alır.

Baş nazir Qəndil hərbi hökumətdə suvarma naziri vəzifəsində çalışırdı. Prezident Məhəmməd Mürsi bu gün nazirlər kabineti qarşısında and içib.

Hərbi hökumət hakimiyyəti parlament seçkilərindən sonra təhvil verəcək.
XS
SM
MD
LG