Accessibility links

Misirdə Konstitusiyaya dair referendumun ilkin nəticələri açıqlanıb


Misir rəsmiləri deyir ki, ilkin nəticələr seçicilərin böyük əksəriyyətinin yeni Konstitusiyaya dair referenduma dəstək verdiyini göstərir.

Rəsmillər və dövlət mediasının bildirdiyinə görə, ilkin nəticələr iki günlük səsvermədə iştirak edən 90 faizdən çox seçicinin ordunun dəstəklədiyi hökumət tərəfindən müdafiə edilən Konstitusiyaya müsbət münasibət bildirdiyini deməyə əsas verir.

Müşahidəçilər iddia edir ki, sənədin qəbul olunmayacağına dair çox az şübhə var.
Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.

Seçki müşahidəçiləri səsvermə zamanı ciddi pozuntu qeydə alınmadığını bildirib.

Müsəlman Qardaşları partiyası misirliləri referendumu boykot etməyə çağırıb. Partiya seçkiləri qeyri-qanuni adlandırıb.

Yeni konstitusiya 2012-ci ildə seçilmiş islamçı Mursi hakimiyyətini əvəz edərək, qadınlara geniş hüquqlar verilməsi və ordunun gücləndirilməsinə imkan yaradacaq.

Mursi əlehdarları onu hakimiyyəti inhisarlaşdırmaqda ittiham etdikdən sonra ordu ölkənin nəzarəti əlinə alıb. Rəsmilər Müsəlman Qardaşları partiyasının liderlərini həbs edib və onları terrorçu qrup adlandırıb.
XS
SM
MD
LG