Accessibility links

Misirdə qanlı toqquşmalardan sonra vəziyyət gərgin olaraq qalır



Misir paytaxtında hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları cümə günü təxminən 30 adamın ölümülə nəticələnmiş zorakılıqlarından sonra küçərlərdən çəkilmir.

Cümə günü toqquşmaları cənab Mursinin tərəfdarlarının onun hakimiyyətdən devrilməsinə etiraz olaraq küçələrə çıxaraq, aksiya keçirməsindən sonra başlamışdır.

Rəqib tərəflər arasında Qahirə və Misirin başqa şəhərlərində toqquşmalar olmuş. Hadisələrdə təxminən 30 adam yaralanıb, mindən çox insan yaralanıb.

Qahirədə gecə silahlardan atəş açıldığı haqda məlumatlar verilib.

Ordu cənab Mursi və Müsəlman Qardaşları təşkilatının liderlərini çərşənbə axşamı günü həbs edib, ölkə konstitusiyasını dayandırıb və yeni seçkilər keçirilməsi haqda göstəriş verib.

Misirdə hadisələri narahatlıqla izləyən Birləşmiş Ştatlar və BMT misirliləri böhranı dinc yolla həll etməyə və zorakılıqlara yol verməməyə çağırır.
XS
SM
MD
LG