Accessibility links

Kanada Xarici İşlər naziri həbsdə olan Əl-Cəzirə jurnalistləri ilə bağlı danışıqlar aparıb


Ötən il Mİsirdə üç Əl-Cəzirə jurnalisti Müsəlman Qardaşlarını dəstəkləmək ittihamı ilə həbs olunublar

Kanada Xarici İşlər naziri Con Beird bildirir ki, o, Avropa həmkarları ilə bir il öncə iki iş yoldaşı ilə birgə həbs olunan Əl-Cəzirə qəzetinin jurnalisti ilə bağlı konstruktiv danışıqlar aparıb.

Cümə axşamı cənab Beird Misir Xarici İşlər naziri Sameh Şukri ilə görüşdən sonra bildirib ki, misirli-kanadalı jurnalist Məhəmməd Fəhminin işi mürəkkəbdir.

O, həmçinin deyib ki, rəsmilər məsələni tezliklə həll etməyə çalışırlar.

İki həftə öncə Misir məhkəməsi Məhəmməd Fəhmi ilə Avstraliyalı Piter Greste və misirli Mahir Məhəmmədin işinə birdə baxılacağına qərar verib.

Məhkəmə ötən il bu üç jurnalisti qadağan edilən Müsəlman Qardaşlarını dəstəkləməkdə ittiham edib. Fəhmi və Greste 7 il, Məhəmməd isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Əl-Cəzirə həbsləri qınayıb və jurnalistlərin işlərini yerinə yetirdiklərini, Müsəlman Qardaşlarına dəstək vermədikləri bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG