Accessibility links

Yeni mobil telefonlar hissiyyatı ötürə biləcək [Video]


Yeni mobil telefonlar hissiyyatı ötürə biləcək
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Dünya boyu insanların çoxu müasir texnologiyanın bizə təqdim etdiyi səsli-görüntülü əlaqə yaratmaq kimi möhtəşəm imkanlardan yararlanır.

Londonda yerləşən City Universitetindən professor Adrian Deyvid Çeok deyir ki, o şüşə baryeri aşmaq istəyir.

Adrian Deyvid: "Real dünyada biz pəncərəni, şüşəni açaraq, toxuna, dada və iyləyə bilərik."

Gəlin dadmaq hissi ilə başlayaq. Çeok deyir ki, müxtəlif dadları hiss etmək dilin üstündəki kimyasal ionlaşmanın səbəb olduğu molekullar sayəsində müyəssər olur. Bu, beyinə amplitud və tezlik elektrik siqnalı göndərir ki, bunu iki elektrodla da etmək mümkündür.

Adrian Deyvid: "Bu iki gümüş elektrodu ağzınıza, dilinizi onların arasına yerləşdirirsiz və bu dilinizi elektriklə stimulaşdırır. Beləliklə beyninizdə virtual dad qavrayışı meydana gəlir."

Hələlik alimlər turş, duzlu, şirin və acı dadları meydana gətirməyi bacarıblar.

Scentee adlanan digər cihaz isə ağıllı telefona taxılaraq xəttin o biri tərəfindəki şəxsin istəyilə yasəmən, meyvə ətirləri və hətta qəhvə kimi seçiləcək ətirləri kiçik tüstülər halında püskürdə bilir.

Adrian Deyvid: "Bu necə baş verir- applikasiya internetə bağlanır və sonra sizin mobil telefondan ətir yayılır."

Ətir kartrijində 100-ə yaxın fərqli iy var. İşlətdikcə, kartriji dəyişdirməlisən.

Toxunma hissi isə zəng çalma vasitəsilə gəlir. Mobil telefona simsiz bağlanan cihaz danışdığınız zaman xəttin o biri tərəfindəki insanın etdiyi eyni şeyi yüngülcə sıxaraq sizə ötürür.

Adrian Deyvid: "Mən Londonda, dostum isə Tokyoda ola bilər. Mən barmağımı sıxaramsa, onlarında barmağı o biri tərəfdə sıxılır. Bu, kiçik mobil cihazlar vasitəsi ilə toxunmanın bir yoludur."

Çeok deyir ki, o bu kimi cihazların bir gün ağıllı telefonlara və hətta ağıllı evlərə əlavə edilərək uzaq məsafəli rabitədə olan hazırki məhdudiyyətlərin aşılacağına ümid edir.

XS
SM
MD
LG