Accessibility links

Azərbaycan mobil telefon və internet istifadəçilərinin özəl hüquqlarının pozulduğu 12 ölkə arasındadır


Freedom House və ABŞ-ın Yayım Şurasının yeni hesabatında repressiv hökumətlərin istifadəçiləri izləmə imkanları tədqiq edilib

Repressiv hökumətlərin mobil telefon istifadəçilərinə nəzarət etmək və internet məkanına çıxışı bağlamaq imkanları istifadəçilərin təsəvvür etdiyi səviyyədən qat-qat artıqdır və onların özəl hüquqlarının qorunması və təhlükəsizliyinə hədə təşkil edir. Bu haqda Freedom House və ABŞ-ın Yayım Şurasının yeni hesabatında məlumat bildirilir. Hesabata əsasən, bu, qanunun aliliyi və vətəndaş azadlıqlarına hörmət edilməyən ölkələrdə problem yaradır.

“Xəttdə təhlükəsizlik:Mobil rabitənin təhlükəsizliyi haqda miflərin ifşası” adlı hesabatda dünyanın 12 ölkəsində mobil telefon xidmətlərinin təhlükəsizliyin və özəl hüquqların qorunması və senzuradan yayınmaq imkanları tədqiq edilib. Bu ölkələr Azərbaycan, Belarus, Çin, Misir, İran, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Özbəkistan və Vyetnamdır.

Tədqiqat əməliyyat sistemləri və proqramlar daxil olmaqla, bir sıra mobil texnologiyalar üzərində aparılıb. Tədqiqatın nəticələri bütün sahələrdə bu texnologiyaların istifadəçiləri kifayət qədər qoruya bilmədiyini və avtoritar rejimlər tərəfindən sui-istifadədə həssas olduğunu göstərir.

Hesabatda repressiv rejimlərin mövcud olduğu şəraitdə istifadəçilərin mobil sistemdə təhlükəsizliklə bağlı maarifləndirmə səviyyəsinin artırılması və insan hüquqlarının pozulmasının adi hal olduğu ölkələrdə onların özəl hüquqlarının qorunması üçün daha güclü əməliyyat sistemləri və proqramların yaradılması kimi tövsiyələr edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG