Amerikanın ən qədim incəsənət muzeyindəki yeni sərgidə ziyarətçilərin sayı rekord həddə çatıb. Minlərlə ziyarətçi –cavan və yaşlı- doqquz böyük ölçülü sənət əsərlərini görmək üçün növbəyə durur. Bu əsərlər sosial media marketinqi vasitəsilə çoxlu diqqət cəlb edib ki, 150 yaşlı muzey daha öncə heç vaxt bu qədər diqqət çəkməyib.
Hər hansı bir muzeydə işləməyin ən çətin tərəfi bütün yaş qruplarına iad insanların diqqətini cəlb etməkdir. Ona görə də, ziyarətçilərdən birinin bu sərginin 0-dan 90- dək hər kəsə xitab edə biləcəyini deməsi məni çox sevindirdi.Nikolas Bell
Saplardan düzəldilmiş göy qurşağı və dağ silsiləsi. Bunlar Vaşqinqtonda yerləşən Smithonian Amerika İncəsənət Muzeyinin tarixi Renwick Qalereyasında sərgilənən doqquz nəhəng ölçülü eksponantlardan ikisidir.
Bu eksponantlar sosial media sayəsində böyük kütlələri cəlb edir.
Sərginin kuratoru Nikolas Bell daha öncə buna bənzər heç bir şey görmədiyini deyir.
“Biz təmirə bağlandığımız və qar çovğunu olduğu üçün bu son iki ayda bu qədər insanı cəlb edəcəyimizi heç düşünmürdük,” deyə o bildirir.
Təmirdən sonra muzey doqquz aparıcı müasir sənətkarı Renwick qalereyasında bir otaq seçməyə və orada o otaqlara uyğun eksponant yaratmağa dəvət edib.
Nəticədə Wonder (möcüzə) adlı son dərəcə heyrətləndirici bir kolleksiya yaranıb.
İlk qalereyada Tara Donovan qalın kağız parçalarından bütöv dağ silsiləsi yaradıb. Qabriel Dau 100 kilometr uzunluğunda kətan sapdan yerdən tavana qədər göy qurşağı düzəldib.
Patrik Douteri söyüd çubuqlardan bir kənd yaradıb.
Bununla da bitmir.
Leo Villareal yanıb-sönən işıq heykəli, Canet Ekelman isə toxunmuş tor düzəldib. Bu tor təxminən 30 metr uzunluğundadır və 2011-ci ildə Yaponiyada baş verən tsunamini əks etdirir.
Jennifer Anqus Cənubi-şərq Asiyadan 5 min həşəratdan istifadə edərək divarda parlaq nümunələr yaradıb. Hətta çəhrayı divar boyası belə həşarat növü olan koşenil yastıcasından hazırlanıb. Çakay Buker tullanmış təkər rezinindən labirint düzəldib.
Maya Lin şüşəlifli mərmərdən bütün otağı, hətta divar və tavanı da əhatə edən Chesapeake boğazının mənsəbini düzəldib.
Və sonda Sietllı sənətçi Con Qreyd Vaşinqton ştatında bina yaşında xallı baldırğan tapıb, onun gipsini düzəldib, sonra da yarım milyon əllə oyulmuş sidr ağacının parçalarından istifadə edərək xallı baldırğanın imitasiyasın yaradıb.
“Bütövlükdə baxanda bu əsər insanı sıxır, amma hər parçası haqqında daha çox çey öyrəndikdə, sənətçinin bunu düzəltdiyində ağlından keçən düşüncələri anlayıb, buna sərf etdiyi əməyə qiymət verirsən,” deyə muzey ziyarətçisi Deyvid Smit bildirir.
Kian Xancani və Dominik Hitu da sərgi barədə instagramda eşidiblər.
“Mənim işıqlardan, çılçıraqdan çox xoşum gəlir. Hər otaqda fərqli bir misilsiz əsərin olması çox gözəldir,” deyə Dominik bildirir.
Nikolas Bell də sərginin məqsədinin bundan ibarət olduğunu deyir.
“Hər hansı bir muzeydə işləməyin ən çətin tərəfi bütün yaş qruplarına iad insanların diqqətini cəlb etməkdir. Ona görə də, ziyarətçilərdən birinin bu sərginin 0-dan 90- dək hər kəsə xitab edə biləcəyini deməsi məni çox sevindirdi.”
Bütün yaşlardan insanlar WONDER sərgisini ziyarət edib, təəssüratlarını bütün dünya ilə bölüşür.