Accessibility links

Kanadada İslam Dövləti qrupuna qoşulmaq istəyən gənclər həbs edilib


Kanada polisinin bildirdiyinə görə, Monreal hava limanında İslam Dövləti qrupuna qoşulmaq üçün xaricə ölkəyə səfər etməyə hazırlaşmaqda 10 şübhəli gənc həbs edilib.

Kanadanın Kral Süvari Polisinin bu gün açıqladığı məlumatda həbslərın keçən bazar günü Monrealın Trüdo beynəlxalq aeroportunda həyata keçirildiyi, həbs edilənlərin pasportlarının əllərindən alındığı bildirilir.

Rəsmilər həbs edilənlərin ailə üzvləri və dostlarının ifadələrinin alındığını, lakin onlara qarşı hələ heç bir ittiham irəli sürülmədiyini bildirib.

Kanada rəsmiləri İraq və Suriyanın bəzi hissələrinə nəzarəti ələ almış İslam Dövləti qrupuna qoşulmaq üçün ölkəni tərk edən gənclərin saxlanması üçün hazır vəziyyətdə olub.

Yanvar ayında Türkiyəyə səfər edən 5 kanadalı gəncin Suriyadakı yaraqlı qrupa qoşulduğu guman edilir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG