Accessibility links

Moskva ruslara “dost olmayan” Britaniyaya səyahət etməmələri barədə xəbərdarlıq edib


Moskvada Britaniya Səfirliyinin önündə Böyük Britaniya bayrağı dalğalanır.

Rusiya vətəndaşlarına Britaniyaya səfər etməmək barədə xəbərdarlıq edib və buna səbəb olaraq Londonun Rusiyaya qarşı “dost olmayan kursunu” göstərib.

Moskvada Rusiyanın Xarici İşlər Nazirliyi mayın 13-də bəyanat yayaraq bildirib ki, Rusiya vətəndaşları son günlərdə Birləşmiş Krallığa səfər etmək üçün Britaniya vizası almaqda problemlərlə üzləşirlər.

Nazirliyin məlumatına görə, Britaniyanın Moskvadakı Nazirliyi Rusiya rəsmilərinə bildirib ki, səfirliyin viza bölməsi əsasən ukraynalı qaçqınların müraciətləri üzərində işləyir ki, bu da Rusiya vətəndaşlarının viza almaq proseslərini ləngidir.

Nazirlik əlavə edib ki, Qərbin Rusiyanın maliyyə qurumlarına tətbiq etdiyi sanksiyalardan sonra, VISA və Mastercard ödəniş kartları ilə viza rüsumlarını ödəmək mümkün deyil və bu da, Britaniyaya viza almaq prosesini daha da qəlizləşdirir.

Qərb ölkələri fevralın 24-də Ukraynaya əsassız hərbi müdaxiləsi səbəbilə Rusiyaya sanksiyalar tətbiq edib.

“Böyük Britaniyanın bizim ölkəmizə qarşı son dərəcə qeyri-dost kursunu nəzərə aldıqda və bütün maddi itkilərin və başqa mümkün problemlərin qarşısını almaq üçün, biz Rusiya vətəndaşlarından, mümkün olduğu halda, Böyük Britaniyaya səfər etməkdə və Britaniya vizas almağa cəhd etməkdən yayınmağı tövsiyyə edirik. Vəziyyət normallaşmayanadək, biz ingilis xalqına qarşı eyni cür hərəkət edəcəyik,” bəyanatda deyilir.

XS
SM
MD
LG