Accessibility links

Moskva ABŞ vətəndaşlarına qarşı "stop siyahısı" hazırlamaqla hədələyir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova

Moskva ABŞ vətəndaşlarından ibarət "stop siyahısı" hazırladığını xəbər verir. Buna səbəb Vaşinqtonun müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsinə görə bir neçə yüksək səviyyəli rus məmuruna qarşı yeni sanksiyalar tətbiq etməsidir.

"[ABŞ-ın] indi necə davrandığını, bütün [sanksiya] siyahılarını necə yayımladıqlarını nəzərə alaraq, tezliklə bizim də onları təəccübləndirəcəyimizi düşünürəm. Bunun üzərində işləyirik" deyə Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova martın 5-də televiziya ilə verdiyi müsahibədə bildirib.

Vaşinqton ABŞ Kəşfiyyatının Navalnının avqust ayında zəhərlənməsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabitlərinin əli olduğuna dair qiymətləndirməsindən sonra martın 2-də Putinin baş qərargah rəisinin müavini də daxil olmaqla yeddi yüksək səviyyəli rus məmuruna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bir neçə Qərb ölkələrinin laboratoriyaları Aleksey Navalnının analiz nəticələrinə əsaslanaraq onun Noviçok adlı sinir maddəsi ilə zəhərləndiyini üzə çıxarıb. Navalnı Almaniyada müalicə aldıqdan sonra Moskvaya qayıtdığı zaman həbs olunub.

Baxmayaraq ki, Kreml bu ittihamı rədd edir, Navalnı Prezident Putini sui-qəsdin arxasında durmaqda günahlandırır.

ABŞ-dan əvvəl isə Avropa İttifaqı da dörd yüksək səviyyəli rus məmuruna qarşı sanksiya tətbiq edib. Bunlar dederal həbsxanalar inzibatçısı Aleksandr Kalaşnikov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrükin, Rusiyanın baş prokuroru İqor Krasnov və Milli Qvardiyanın direktoru Viktor Zolotovdur.

ABŞ Kalaşnikov və Krasnovdan əlavə Kremlin aparat rəhbərinin birinci müavini Sergey Kiriyenko, Kremlin daxili siyasət idarəsinin rəisi Andrey Yarin, FSB-nin direktoru Aleksandr Bortnikov, silahlanmadan məsul müdafiə nazirinin müavini Aleksey Krivoruçko və tədqiqat fəaliyyəti ilə məşğul olan müdafiə nazirinin müavini Pavel Popova da sanksiya tətbiq edib.

Bu həftənin əvvəlində bir neçə beynəlxalq və Rusiya mediası ABŞ-ın həmçinin rusiyalı iş adamlarına, eləcə də Rusiyanın kimyəvi silah sahibi olması səbəbilə ölkənin xarici borcuna da sanksiyalar tətbiq edə biləcəyini yazıb.

Kremlin sözçüsü Dmitri Peskov martın 5-də bu xəbərləri şərh edərək potensial yeni sanksiyaları "sərsəm" adlandırıb.

“Rusiyalı iş adamlarına qarşı hələ heç kim sanksiya tətbiq etməyib. Əlbəttə ümid edirik ki, belə sərsəm çağırışlar yalnız media səhifələrində qalacaq və ABŞ-ın rəsmi qurumunda yer almayacaq" deyə Pekov bildirib.

Peskov yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə Rusiyanın mümkün addımları barədə ətraflı məlumat verməyib.

XS
SM
MD
LG