Accessibility links

Moskva metrosunda terror aktları onlarla adamın ölümünə bais olub


Prezident Dmitri Medvedevlə federal agentliyin rəhbəri Aleksandr Bortnikov arasında telelviziya ilə yayımlanan görüşdə cənab Bortnikov erkən dəlillərin Şimali Qafqazdan qaynaqlanan terrorçulara istiqamət verdiyini deyib.

Rusiya rəsmiləri xəbər verir ki, iki qadın intiharçı özlərini Moskva metrosunda partladıblar. Partlayışlar nəticəsində azı 35 adam həlak olmuş, 65 nəfər isə yaralanmışdır. Birinci partlayış Lubyanka metro stansiyasında baş verib. Qatarda və platformada olan 23 sərnişin həlak olub. Stansiya DTK-nın varisi olan Rusiya Federal Təhlükəsizlik Xidməti binasının altında yerləşir. İkinci partlayış isə 40 dəqiqə sonra, Lubyankadan dörd dayanacaq aralıda olan Mədəniyyət Parkı styansiyasında baş verib. Burada da ondan çox adam həlak olub. Prezident Dmitri Medvedevlə federal agentliyin rəhbəri Aleksandr Bortnikov arasında telelviziya ilə yayımlanan görüşdə cənab Bortnikov erkən dəlillərin Şimali Qafqazdan qaynaqlanan terrorçulara istiqamət verdiyini deyib. Hücum üçün heç kim məsuliyyəti öz üzərində götürməyib. ABŞ prezidenti Barak Obama hücumları pisləyərək Amerika xalqının rus xalqı ilə zorakı ekstremizmə qarşı mübarizədə çiyin-çiyinə dayandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG