Accessibility links

Moskva Univermağında satıcılar etiraz edib


Moskva Univermağında etiraz (Foto Meydan.tv saytından götürülüb)
Moskva Univermağında etiraz (Foto Meydan.tv saytından götürülüb)

Fevralın 2-də Bakıda 3-cü mikrorayonda yerləşən Ticarət Mərkəzinin (“Moskva” Univermağı) satıcıları icarə haqqının artırılmasına etiraz olaraq aksiya keçiriblər.

“Meydan” TV-nin məlumatına görə, satıcılar icarə haqqının artırılmasından şikayətləniblər.

“Rəhbərlik hər bölməyə görə standart olaraq 1 mert üçün 350 manat haqq alır. Ancaq icarədarlar fərqli qiymətlər qoyurlar. Birimiz 3 metrlik yerə görə 1500 manat, digərimiz isə 3000 manat ödəyirik. Çünki hər bölmənin sahibi fərqli adamlardır"- deyə satıcılar Meydan TV-yə şikayətləniblər.

Onların əsas şikayətləri Aydın, Mirzə, Eldəniz və Rizvan adlı icarədarlardandır. Deyirlər ki, məhz onlar qiymət fərqliliyi yaradırlar. Adıçəkilən şəxslər hazırda univermaqda olmadığından aksiyaçılara açıqlama verilmir.

Məlumatda deyilir ki, etiraz edənlərin yanına yalnız univermaq rəhbərinin oğlunun gəldiyi bildirilir. O, aksiyaçılara problemlərinin həll olunduğunu söyləsə də, satıcılar konkret nəticə olmayınca aksiyanı dayandırmayacaqlarını deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG