Accessibility links

Işıq Sönməz: Ana dilində təhsilin yasaqlanması müstəmləkə olmağa yol açır [Audio]


Işıq Sönməz
Işıq Sönməz

İranda məktəblərin açılışı münasibətilə ilə Amerikanın Səsinə müsahibə verən güneyli fəal və yazar Işıq Sönməz Amerikanın Səsi ilə müsahibədə ana dilində təhsildən məhrum olmağın uşaqlar, toplum və yasaqlanmış dil və mədəniyyət üzərində buraxdığı mənfi təsirləri dəyərləndirir.

Işıq Sönməzin sözlərinə görə, İranda öz dilində təhsil haqqına sahib olmayan toplumlar özləri bu haqqı əldə etmək üçün mübarizə aparmalıdırlar.

“Hər hansı bir dil və mədəniyyətə yasaq və qadağa qoyulması, ya yasağın qaldırılıb, qaldırılmadığı o mədəniyyətə mənsub olan insanlardan, onların öz dil və mədəniyyətlərinə nə qədər önəm verməsindən asılıdır,” deyə o, vurğulayır.

Güneyli fəal Işıq Sönməzin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:17:04 0:00
Direct link
Yerli xalqın öz ana dilində təlim və öyrənim haqqından məhrum edilməsi yalnız bir təlim və tərbiyə məsələsi olmaqla nöqtələnmir. Bu artıq yerli xalqın əridilib, assimilasiya edilməsi, eləcə də onların milli torpaqlarının hakim millətin müstəmləkəsinə çevrilməsinə yol açır.
Işıq Sönməz

Almaniyada mühacirətdə yaşayan yazarın fikrincə, bir xalqın dili və mədəniyyətinin yasaqlanıb, assimilyasiyaya məruz qalması ilə o toplumun bir müstəmləkə halına gəlməsi arasında müstəqim əlaqə mövcüddür.

Sönməzin dediklərinə görə, ana dildə təhsilin qadağa olmasının insanlar üzərində buraxdığı mənfi təsirlər o insanların başqa ölkədə mühacir olaraq yaşamaqda olması, ya öz yurdunun yerlisi olmasına görə dəyişir.

O, öz yurdunda yaşayan insanlar üçün dil hüquqlarından məhrum olmağın daha dəhşətli nəticələr gətirəcəyinə inandığını ifadə edir.

Güneyli məktəbli uşaqlar - Qaradağ bölgəsi
Güneyli məktəbli uşaqlar - Qaradağ bölgəsi

“Yerli xalqın öz ana dilində təlim və öyrənim haqqından məhrum edilməsi yalnız bir təlim və tərbiyə məsələsi olmaqla nöqtələnmir. Bu artıq yerli xalqın əridilib, assimilasiya edilməsi, eləcə də onların milli torpaqlarının hakim millətin müstəmləkəsinə çevrilməsinə yol açır,” deyə Işıq Sönməz dilə gətirir.

Güneyli yazarın dedikərinə görə, “bu gün İranda təhsil sistemi fars olmayan toplumları fars kültüründə əridib, onları farslaşdıraraq torpaqlarının da müstəmləkə halına gətirilməsinin təməlini atmaqdadır.”

Sönməz ana dilində təhsil haqqının olmaması toplumun fərdlərində özünə etimad və inamın itirilməsinə səbəb olduğunu söyləyir.

Hər hansı bir dil və mədəniyyətə yasaq və qadağa qoyulması, ya yasağın qaldırılıb, qaldırılmadığı o mədəniyyətə mənsub olan insanlardan, onların öz dil və mədəniyyətlərinə nə qədər önəm verməsindən asılıdır.
Işıq Sönməz

“İnsanlar özlərinə inamlarını itirdikləri zaman qul və kölə kimi olurlar. Uşaqları ruhi xəstəliklərə tutulur,” deyə o qeyd edir.

Güneyli yazar həmçinin qadağalara boyun əyməyib və sistemə qarşı mübarizə aparanların qarşılaşdığı çətinliklərə işarə edir:

“Bu toplumlarda dil və mədəniyyət şüurlarını itirməyən insanlar ya öz içlərinə qapanıb ruhi problemlər yaşayır, ya da hakimiyyətə qarşı təpki verərək, dustaq, sürgün və mühacirət problemləri ilə üzləşirlər.”

Işıq Sönməz eləcə də ana dilində təhsilin qadağa olmasının insanlar və toplumdan əlavə yasaqlanmış dil və mədəniyyətin üzərində buraxdığı mənfi təsirləri təhlil edib.

XS
SM
MD
LG