Accessibility links

"Qara Bəbir" filmi dünya boyu maraqla qarşılanıb [Video]


"Qara Bəbir" filmi dünya boyu maraqla qarşılanıb
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Rejissor Rayan Kuqlerın Marvel komikinə əsaslanan “Qara Bəbir” filmi texnologiya sahəsində inkişaf etmiş Afrika ölkəsinin kralı haqdadır. Mükəmməl döyüş bacarığı və vibranuim üslubda hazırlanan “qara bəbir” kostyumu onu qeyri-adi göstərir.

200 milyon dollara başa gələn bu film özünün kinematoqrafiya stili, xüsusi effektləri, yüksək səviyyəli ifaçıları və Afrikanın xüsusi mədəniyyəti ilə dünya boyu səs-küyə səbəb olub.

Hadisələr Afrikanın kiçik Vakanda adlı ölkəsində, böyük bir sirrin saxlandığı yerdə cərəyan edir. Yer üzündə ən möhkəm metal olan vibraniumdan tikilən Vakandanın geyiminin texnologiya səhəsində dünyada bərabəri yoxdur.

Atası terror hücumu zamanı öldükdən sonra aktyor Çedvik Bosmanın ifa etdiyi T-Çalla “Qara Bəbir”in səlahiyyətlərini öz üzərinə götürərək, yeni kral olur. Rejissor Rayan Kuqler bu filmində super-qəhrəman obrazı yaratmağa çalışıb. “Qara Bəbiri “Qara Bəbir” edən nədir? Sənin siyasi cavabdehiyin, kostyumun, caynaqların və gücün var. Onu unakal edən isə əsasən onun afrikalı olmasıdır.”

Bu film siyasi təcrid yaşayan ölkənin riskləri və mənfəətlərini önə çəkir. Vakanda qüdrəti və texnoligiyasını dünya ilə paylaşmalı, yoxsa mənbələrini yadlardan qorumalıdır?

Aktrisa Lupita Nyonqo deyir ki, bu fimin süjet xətti və super-qəhrəmanı dünya auditoriyasının diqqətini cəlb edib. Aktrisa fimdə T-Çallanın sevgilisi və Vakandanın casusu olan Nakian obrazını yaradıb. “Burada qara bir Marvel kainatı var və bu, krallar, karaliçalar və cəngavərləri olan bir Afrika ölkəsinin zəbtindən bəhs edir. Burada insan ruhunu canlandıran milli bir ilham var."

Kostyum dizayneri Ruz Karterin əsasən də qadın geyimləri olmaqla, Afrikanın rəngarəng milli geyimləri filmdəki xarakterləri daha cazibədar edir. “Onlar əsl döyüşçülər, genarallardır və onların silahı var. Onlar zirehli geyimdə olmalıdırlar. Lakin biz bunu gözəllləşdirmişik. Gözəl rənglər artırmaqla silahları zinət əşyalarına bənzətmişik.”

Filmin prodüseri Neyt Mur filim iştirakçılarının və filmi çəkənlərin hər kiçik detala fikir verdiklərini deyir. “Biz bu mədəniyyətlə məşğul olanlardan çox məsləhətlər aldıq və aktyorlarımızın çoxu afrikalıdır. Hətta bizim ləhcə üzrə mütəxəssisimiz var idi və aktyorlarımız Afrika ləncəsində danışmaq istəyirdi.”

Qaraların qüruru və ya qadın qüddrətini tərənnüm etməsindən asılı olmayaraq, çoxdan gözlənilən belə bir filmin rekord səviyyədə vəsait toplayacağına ümid edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG