Cinsi mənsubiyyətə əsaslanan "On the Basis of Sex" filmi Ali Məhkəmənin hakimi Rut Bader Ginsburqun 1954-cü ildən, əsasən kişilərin oxuduğu Harvardın hüquq fakültəsi tələbəsi olduğu vaxtdan bəri yaşadığı çətinliklərdən danışır. Filmdə eləcə də bu qadının ana və həyat yoldaşı kimi fəaliyyətindən, Harvardda təhsil alarkən xərçəng xəstəliyinə tutulan ərini dəstəklədiyini görmək olur.
Rut Ginzburqun qardaşı oğlu və filmin ssenari müəllifi Daniel Stipleman Amerikanın Səsinə bildirib ki, Rut Ginzburqun leqal bacarğı və qadın hüquqlarına dair mövqeyindən əlavə onun həyat yoldaşı, vergi qanunları üzrə hüquqşünas Martin Ginzberqlə ilə bərabər tərəfdaşlıqlarına dair təcrübəsini bölüşmək istəyib. Daniel Stipleman: “Rut xala və Marti əminin evliliyi həyat yoldaşım və mənim üçün həmişə nümunə olub. Evlilik belə olmalıdır. Onlar övladlarını böyütmək, masaya yemək gətirmək, ev işlərini görmək, yəni bütün qayğıları birlikdə bölüşüb.”
Aktyor Armi Hammer Martin Ginzburqu oynayır. “Fikrimcə, qadınlar dünyanı dəyişən qadın haqda filmə baxmalıdır.”
Aktrisa Felisiti Cons çox çətin bir rolu, hakim Ginzburq obrazını yaradıb. “Əsəblərim gərgin idi. Bu rola asanlıqla girmək mümkün deyildi, sən hərtərəfli o olmalı, tarixə girməli idin.”
“Mən cinsiyyətimə baş əymələrini istəmirəm, mən yalnız onların boynumdan düşmələrini istəyirəm” deyə, Rut Ginzburq bildirir.
"RBG" sənədli filmində hakim Ginzburqun bütün həyatından, doğulduğu vaxtdan mühacir yəhudi ailəsinin Nyu-Yorkun Bruklin məhəlləsindəki həyatına, Ali Məhkəməyə təyin edilməsindən əvvəl gender bərabərliyi sahəsindəki qələbəsinə qədərki həyatından danışılır. 1993-cü ildə prezident Bill Klintonun onu Ali Məhkəməyə təyintından və publikasıyalarının onu pop mədəniyəti simvolu etməsi ilə Ginzbur "Populyar R.B.G." kimi tanınmasına yol açıb.
Həyat yoldaşının vəfatından bir il sonra xanım Ginzburq öz müsahibəsində bunları dyibi: “Mən ümid edirəm ki, öz vətənini sevən. qanunu sevən, insanlığı sevən, hər kəsi ləyaqətinə görə mükafatlandıran və dünyanı daha yaxşı etmək üçün var gücü ilə çalışan bir insan kimi xatirələrdə yaşayacam.”