Accessibility links

Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru həbs edilib


Rüşvət
Rüşvət

O 239 min 970 manat rüşvət almaqla təhsil sistemini nüfuzdan salan hərəkətlər edib

Azərbaycanın bir sıra rayonlarının təhsil müəssisələrində müəllimlərin saxta diplomlarla işə qəbul edilməsi və digər qanunsuzluqlara yol verilməsi barədə Təhsil Nazirliyindən daxil olan materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysov həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə ilkin istintaq zamanı Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Hazırda cinayət işi üzrə təhsil müəssisəsində saxta diplomların verilməsi və sadalanan digər cinayət faktları ilə əlaqəsi olan vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG