Accessibility links

Xarici İşlər Nazirliyi: Münaqişənin siyasi həllinə nail olmaq üçün “status-kvo” dəyişməlidir [Video]


İyulun 23-də Azərbaycan Xarici İşlər Nazirliyi Ağdam rayonunun işğalının 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Bəyanatı bu gün keçirilən mətbuat konfransında nazirliyin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərin diqqətinə çatdırıb.

Sənəddə deyilir ki, 23 iyul 1993-cü ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Ağdam rayonunun inzibati mərkəzi, Aşağı Qarabağın ən böyük şəhərlərindən biri Ağdam işğal olunub.

29 iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib.

“Orada işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin Ermənistan tərəfi buna tabe olmaqdan yayınıb”.

Hikmət Hacıyev: BMT qətnamələri yerinə yetirilməlıidir
please wait

No media source currently available

0:00 0:01:23 0:00

H.Hacıyev qeyd edib ki, Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir.

“Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”, sənəddə deyilir.

Mətbuat katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilən görüşünə də toxunub.

Hacıyev Amerikanın Səsinin Ermənistan baş nazirinin Dağlıq Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi iştirakı barədə bəyanatına dair sualının cavabında deyib ki, Azərbaycan münaqişənin həmişəki formatda və konkret gündəliyə əsaslanan substantiv danışıqlar əsasında həllini dəstəkləyir.

Onun sözlərinə görə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün vaxtı və yeri həmsədrlər tərəfindən təkliflər daxil olduqdan sonra müəyyənləşdiriləcək.

O, Ermənistan baş naziri Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin, sonra Ermənistan öz güzəştləri barədə məlumat verə bilər", bıyanatına da münasibət bildirib.

"Paşinyanın diqqətinə çatdırmaq istəyirik ki, torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır Ermənistanla danışıqları davam etdirməsi Azərbaycanın ən böyük güzəştidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün əvvəlcə işğal aradan qaldırılmalıdır və “status-kvo” dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik", Hacıyev qeyd edib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda ermənilərin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin vəziyyəti ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-nin insan haqları üzrə, eləcə də qaçqınlar üzrə ali komissarlarına məktublar ünvanlanıb.

Xatırladaq ki,2014-cü il iyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən saxlıanılıb. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

H.Hacıyev bildirib ki, Azərbaycanın ATƏT və Avropa Şurası yanında nümayəndəlikləri tərəfindən də bu məsələ həmin təşkilatların gündəliyinə çıxarılıb və Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

“Bu məsələ ilə bağlı siyasi, hüquqi və diplomatik müstəvidə səylərimizi davam etdirəcəyik”, o qeyd edib.

Hikmət Hacıyev: Sarkisyan rejimi ilə əlaqəli şəxslər Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirib
please wait

No media source currently available

0:00 0:00:43 0:00

Mətbuat katibi ermənilərin nəzarətində olan Azərbaycan ərazilərində narkotik, qanunsuz silah ticarəti və qanunsuz iqtisadi fəaliyyətlə bağlı məsələlərə də diqqət çəkib.

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”, Hacıyev deyib.

O qeyd edib ki, hazırlanmış sənədlərdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması, Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti, iqtisadi və maliyyə fəaliyyətləri, infrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı, işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi, işğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər kimi istiqamətlər üzrə təsnif edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG