Accessibility links

Robert Muqabe yenidən ictimaiyyət qarşısına çıxıb


Zimbabve prezidenti Robert Muqabe cümə günü ictimaiyyət qarşısına çıxıb. Bu, hərbçilərin dövlət təsisatlarına nəzarəti ələ almasından və qocalmış liderin istefası ilə bağlı danışıqlara başlamasından bəri Muqabenin ilk ictimai görüntüsüdür.

Göy və sarı rəngli akademik libas geymiş Muqabe paytaxt Hararedə 1,000 universitet məzununun buraxılış mərasimində iştirak edib. Mövcud siyasi qeyri-müəyyənlik haqda heç nə deməyən prezidentin mərasim zamanı bəzən mürgüləməsi müşahidə olunub.

Ona heç cür hakimiyyətdə qalmağa imkan verilməməlidir. Əgər o bunu etsə, Zimbabvenin durumu ağır olacaq.

93 yaşlı Muqabenin ordunun və mənsub olduğu ZANU-PF partiyası üzvlərinin istefa tələblərini qulaqardına vurduğu deyilir.

Zimbabve Müdafiə Qüvvələri çərşənbə günü əsas dövlət apparatlarına nəzarəti ələ alaraq prezident Muqabeni ev dustaqlığına salmışdılar. Hərbçilərin qəzəbinə tuş gələnlər sırasında professor Conatan Moyo, Daxili İşlər Naziri İqnatius Çombo, Lokal Hökumət Naziri Savior Kasukuvere və ZANU PF Gənclik Liqasının katibi Kudzanayi Çipanqa var.

Çərşənbə günü Zimbabve ordusu dövlət təsisatlarına nəzarəti ələ alıb.
Çərşənbə günü Zimbabve ordusu dövlət təsisatlarına nəzarəti ələ alıb.

Hazırda ordu kazarmalarında saxlanılan bu adamlar birinci ledi Qreys Muqabeni vitse-prezident vəzifəsinə gətirmək istəyən fraksiyanın üzvləri hesab olunur. Prezident Muqabe özünün uzun müddətli müttəfiqi Emmerson Mnanqaquanı həmin vəzifədən 5 noyabrda uzaqlaşdırmışdı.

Muqabenin siyasi gələcəyi ilə bağlı proseslərin ləng getməsindən gileylənən müxalifət şənbə günü Hararedə kütləvi etiraz nümayişlərinə çağırıb.

Birinci ledi Qreys Muqabe (solda) vitse-prezident Emmerson Mnangagua ilə yanaşı olturub. Harare, 10 fevral, 2016.
Birinci ledi Qreys Muqabe (solda) vitse-prezident Emmerson Mnangagua ilə yanaşı olturub. Harare, 10 fevral, 2016.

Zimbabave Milli Azadlıq Müharibəsi Veteranları Assosiasiyasının sədri Kristofer Mutsvanua jurnalistlərə deyib ki, məqsəd prezidenti birdəfəlik vəzifədən uzaqlaşdırmaqdır.

“Zimbabveni Dəyişək” adlı müxalifət qrumunun təmsilçisi Yakob Nqarivhume Muqabenin tezliklə hakimiyyətdən gedəcəyinə dair ümidlərin tədricən solduğunu deyir.

“Ona heç cür hakimiyytədə qalmağa imkan verilməməlidir,” Nqarivhume Amerikanın Səsinə deyib. “Əgər o, bunu etsə Zimbabvenin durumu ağır olacaq. Biz hazırda danışıqların uzandığını görürük, amma sonda o, getməldir. O, öz faydasını itirib.”

XS
SM
MD
LG